RapUnion.Tk
Azərbaycan repinin inkişafına doğru

AzRap

Azərbaycanda isə 1990-cı illərdən etibarən tanınmağa başlanan bu janr xalq tərəfindən elə də böyük rəğbətlə qarşılanmamışdı. Milli Qəhrəman Çingiz Mustafayevin Azərbaycanda repin inkişafında, tanınmasında rolu əvəzsizdir. Bundan əlavə, Çingiz Mustafayev Azərbaycanda ilk disko-klubun yaradacısıdır. O vaxtlar klublarda Snoop dog, Dr. dre kimi məşhur zənci reperlərin mahnıları səslənirdi. Beləliklə də, Çingiz Mustafayev zənci repinin Azərbaycana gətirən ilk insan kimi adını tarixə yazdırmış oldu.

Daha sonra isə “Kasıbların mahnısı” adlı mahnısı ilə Anar Nağılbaz Azərbaycan dilində ilk repi yaratdı. 1993-cü ildə isə A.Nağılbazın kütləyə təqdim olunan albomu gözləniləndən daha çox marağa səbəb oldu. Artıq bu janra hər kəsdə maraq yaranmağa başlamışdı. Vətənpərvər musiqi yarışmasında qalib gələn “Dəyirman (qrup)” daha sonra “Ya Qarabağ, Ya Ölüm” adlı mahnısı ilə populyarlıq qazandı.

Elşad Xosenin “Həyat dəyişilməzdir” adlı albomu da repsevərlər tərəfindən maraqla qarşılanmışdır.

2000-ci ildə Anar Nağılbaz “Azeri Image Service” adlı layihəsi ilə istedadlı gəncləri öz ətrafına toplamışdır. Bu layihədən Azərbaycanda ilk reper qız kimi tanınan Mc.Rain repin sadəcə oğlanlar üçün yaranmadığını sübut etdi.

2001-2002-ci illərdə yeni bir reper Uran (İbrahim İbrahimov) Azərbaycan rep aləminə qədəm qoyur. O çox gözəl rep yaratdığından sevilir. Belələrindən Okaber və Xpert-də öz istedadını göstərir. “Dəyirman (qrup)” qrupundan başqa, 2002 –ci ildə “Uran (repçi)”, 2009-cu ildə isə “Xaos” rep qrupları yaranmışdır. 2012-ci ildə Uran (repçi),Qaraqan, Aid , Feck , Promete, Errant , Hüseyn Dərya, L-mir, Ramil Nabran(Klan-A-Plan), Boz(Klan-A-Plan) Azrap cypher etmişlərdi. Bu günlərdə artıq nəinki 2, hətta 3-də paylaşılıb.



Məlumaların bir qismi Wikipedia.org saytından götürülmüşdür.
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol