RapUnion.Tk
Azərbaycan repinin inkişafına doğru

ProMete

Pərviz Ramiz oğlu İsaqov (15 iyun 1986, SiyəzənAzərbaycan), PRoMete ləqəbilə tanınan Azərbaycanlı reper vəprodüser.

H.O.S.T Alliance (alyans)-ın yaradıcılılarından biri və HOST prodakşnın təsisçilərindəndir. Həmçinin Azərbaycan kino industriyasının tanınmış səs rejissorudur. Hal-hazırda PicMus MMC-nin təsisçisi və direktorudur.
Professional rep karyerasına SRB-də (Sumqayıt Rep Birliyi) başlayıb.

Həyatı

1986-cı ildə Siyəzən Rayonunda dünyaya gəlib. Ailəsi – atası, anası və bacısı ilə yaşamışdır. Atası Ramiz əvvəllər dəmiryolçu, sonralar isə dülgər işləyib. Anası evdar qadın idi. Uşaqlığdan çox aktiv həyat tərzi sürmüş Mete, məktəb yaşlarında bir çox müsabiqələrin iştirakçısı olmuş, tək və ya da topladığı komandalar ilə daim uğurlar qazanmışdır. Bir neçə şəhərdaxili və ölkədaxili müsabiqələrin diplomantı olmuşdur. Orta Məktəbi 2-ci sinfə kimi Sumqayıt şəhər 13 saylı orta məktəbində, 3-cü sinifdən etibarən isə həmin şəhərdə yerləşən "Təfəkkür" liseyində təhsil almışdır. Uşaqlığı və ilk gənclik illəri Sumqayıtda keçib. Məktəbi bitirdikdən sonra 2004-cü ildə Azərbaycan Dövlət Memarlıq və İnşaat universitetinə qəbul olaraq, 2008-ci ildə "Sığorta işinin təşkili" fakultəsini bitirir.

Məktəb yaşlarından Ədəbiyyata həvəsli olan Mete aşağı siniflərdən başlayaraq şeirlər yazırdı. O vaxtlar yeni tərz olan repin Azərbaycandakı nümunələrini çox həvəslə izləyirdi. Anar NağılbazDəyirman qrupuElşad Xose ilə yanaşı digər Azərbaycan və xarici reperlərinin ifasını dinləmək və yenilikləri izləmək üçün daim pul toplayır və onların kassetlərini alırdı.

 

2000-ci ildən rep yazmağa, 2004-cü ildən peşəkar şəkildə replə məşğul olmağa başlayır. 2012-ci ildə evlənmişdir.

SRB  (  Sumqayıt Rap Birliyi )

2004-cü ildə Space TV-də yayımlanan "Mən də varam" verilişinin iştirakçılarından olan Vüsal Jordan yaşadığı Sumqayıt şəhərində repin inkişaf etməsi istəyilə bir neçə nəfərlə görüşür. İlk olaraq MC Virusla və Samir adlı bir gənclə görüşən Jordan, o vaxtlar Sumqayıtda məşhur olan EIRA CAPOEIRA qrupunun üzvlərindən birinin vasitəsilə Mete ilə əlaqə qurur. İlk dəfə dörd nəfər birlikdə 2004-cü il noyabrın 1-də Sumqayıt Şəhər Cəfər Cabbarlı adına mədəniyyət sarayında toplaşırlar və SRB-nin yaranması günü kimi həmin gün qəbul olunur.

Məhz bu birliyin tərkibində 2005-ci ilin mart ayında ilk yazılışa gedərkən Mete öz istedadı ilə studiya rəhbərliyinin diqqətini cəlb edir və həmin yazılışın səhəri günündən o studiyanın işçisi olmağa dəvət alır.

 

Başladıqları ilk gündən Mete ilə Jordan çox yaxşı anlaşırlar və təşkilatçılıqla maraqlanmağa başlayaraq 2005-cı ilin aprel ayının 17-i ilk konsertlərini təşkil edirlər. Bu konsertdə "Mən Də Varam" 1 proyektinin bütün üzvləri SRB ilə bir səhnəni bölüşür. Bu konsertdən sonra onlar bir solo konsert də verirlər və Jordan yayda hərbi xidmətə gedir. Bununla da SRB-nin heyyəti dağılır.

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol