RapUnion.Tk
Azərbaycan repinin inkişafına doğru

Hüseyn Dərya

Hüseyn Dərya  Muradov Hüseyn Cahangir oğlu) — azərbaycanlı repçi.

Həyatı

1975-ci il iyunun 29-da Bakının Bakıxanov qəsəbəsində anadan olmuşdur. Nərimanov rayonunda yerləşən 4 saylı fars təmayüllü məktəbdə oxumuşdur. Könüllü olaraq öz təhsilindən imtina edib, əsgəri xidmətə yollanıb Qarabağ müharibəsində iştirak edib. Dörd il iki ay hərbi xidmətdə olmuşdur.

İlk dəfə meyxana və muğamla repi sintez etmişdir. "Aslanskiy" nominasiyanı 15 respublika arasından Azərbaycana gətirmiş, və ondan sonra nominasiyanı MDB-də heç bir reperə verməmişlər. 2004-cü ildə "İlin ən yaxşı reperi", "İlin ifaçısı" və "İlin albomu" nominasiyalarını almışdır. İlk dəfə Ü.Hacıbəyov diplomunu alıb. "Yaşa, Azərbaycan" adlı prezident mükafatına da ilk dəfə layiq görülmüşdür. Efirdə açıq-aşkar etiraf etmişdir ki, narkotik istifadə edib. Həbs olunduğu gündən istifadə etmək imkanı olmadığından 2008-ci ildə sonra narkotikdən istifadə etməmişdir

Vəfatı

14 mart 2014-cü il tarixində, gecə saat 23 radələrində Bakının Xəzər rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş vermişdir. Xəzər rayon Polis İdarəsindən verilən məlumata görə, repçi Hüseyn Dəryanın idarə etdiyi 99 EK 575 dövlət nömrə nişanlı "Opel Astra" markalı minik avtomobili onunla eyni istiqamətdə hərəkət edən “KamAZ” markalı maşına çırpılmışdır. Nəticədə ağır xəsarətlər alan H. Dərya 15 mart 2014 -cü il tarixində səhər saatlarında 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişmişdir.


Ailəsi

Ailədə beş uşaq olublar. Üç bacı, iki qardaş. Evin ən kiçik övladı Hüseyn Dərya idi.

 

Hüseyn Dərya iki dəfə ailə qurub. Keçmiş həyat yoldaşı Sona Muradovadan Cahangir Muradov adlı oğlu var.


 

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol