RapUnion.Tk
Azərbaycan repinin inkişafına doğru

Xpert

1990- cı il 30 sentyabr Bakı şəhərində anadan olmuşdur, 1996-cı ildə 292 saylı orta məktəbə daxil olmuş 2007-ci ildə həmin məktəbi bitirmişdir. Qafqaz Universitetinn Türk dili və Ədəbiyyatı fakultəsinin bakalavr və magistratura məzunudur (2007-2014). Altı yaşında ikən əlində olan "Assorti Hits- 1995" adlı audio kasetdə dinləyib, lakin nə olduğunu anlamadığından bir musiqi tərzi xatirələrində dərin izlər qoymuşdur. Kasetdə Papa Bear, Shaggy, 2Pac və s. kimi musiqiçilərin parçalar yer alırdı. Bir neçə il sonra, Azərbaycanda kifayət qədər məşhur olan reper Anar Nağılbazın TV proqramlarının birində verdiyi müsahibədə, bu tərzin Rep olduğunu anlayıb.

Rep fəaliyyəti

2009 A4 ləqəbli reper ilə tanışlıq, rep yolunu kökündən dəyişdi. Belə ki, A4-ün köməyi və digər iki reperin iştirakı ilə (OD, ForMat) ilk trek ərsəyə gətirib. O, vaxtlar Türk repinin təsirində olduğundan, həmçinin universitetdə Türk dili və Ədəbiyyatı fakultəsindəki təhsili aldığı dolayı treklərindəki sözləri türkcə yazırdı. Daha sonra (Naqan, SertOzan, A4 adlı reperlərin iştirakı ilə) bir neçə trek daha yazıldı. 2010 Fars reperlərin Azərbaycan repində yazdıqları diss-i geri qaytarmaq məqsədi ilə DissPersia adlı treki ərəsyə gətirdi. Bu Xpert-in Azərbaycan Türkcəsində yazdığı ilk trek idi. İlin ortalarında bütün trackləri Qanun Beatz "Maddə 1 The Mixtape" adlı albomda yayımlandı. Daha sonra Ramires adlı reper ilə Yorğun Döyüşçü adlı trek yazdı. İlin sonlarında tərkibində yer aldığı Synaps Production adlı label yaradıldı. Dekabr ayında o günə kimi yazılmış və yayımlanmış bütün trekləri bir yerə toplamaq məqsədi ilə internetə "Rapsychology bootleg" adlı albom buraxdı. Albomda yeni trek yerləşdirməmişdi.

2011 İlin yayında Synaps Productionun "Təcili Yardım" adlı konsertindən bir gün sonra hərbi xidmətə yollandı. Lakin hərbi xidmətə yollanmamışdan bir çox trekin səsyazmasını etmişdi. Bu treklər 11 noyabr 2011-ci ildə Synaps Production tərəfindən Makar10 adlı albomda toplanaraq cəmi 100 nüsxə satışa buraxıldı. Bu zaman Xpert hərbi xidmətdə idi.

2012 Hərbi xidmətdən geri döndüyü zaman artıq müəyyən kütlədə dinləyiciləri var idi. Qısa müddətdə bir neçə sinql track çıxardı. Synaps leyblda çalışan digər bir reper Ramires ilə olan bütün duetlərini bir araya toplayaraq Sarkoma EP adı ilə yayımladı. 2013 Mart ayında öz evində qardaşı ila birlikdə büdcəsi 11 manat 50 qəpik olan klip çəkdi. Şaman adlı trek 24 saat ərzində YouTube-da 12.000 baxış sayı toplayaraq (öz əhatəsində) rekorda imza atdı. Mart ayının sonu La Poax adlı EP albom internetə buraxıldı. Avqust ayında Guerrilla adlı ikinci klip təqdim olundu. 2 Noyabr tarixində solo konsert verdim və satış üçün nəzərdə tutduğu ikinci albomunu, Akula-nı dinləyicilərə təqdim etdi.

2014 Bir çox albomlar və proektlər hazırdır və öz vaxtını gözləyir. Hal-hazırda A4 ilə birlikdə Qafiyə Qatilləri adlı albom üzərində işləyirik. Albomun promosu internetdə yayımlanıb.

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol