RapUnion.Tk
Azərbaycan repinin inkişafına doğru

Qaraqan

Həyatı

Elxan Zeynallı 3 aprel 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 7 yaşında məktəbə gedib. 2005-ci ildə Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyini (TDV-BTL) bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur.

Karyerası

2007-ci ildə yaranan H.O.S.T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa edirlər. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 7 romanın və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellerə çevrilir. 2008-ci ildə bir müddət Amerikada yaşayır. 2008-ci ildə Azərbaycan səviyyəsində "İlin Gənci" adına layiq görülür. 2009-cu ildə Prezident təqaüdü ilə təltif olunur. 2009-cu ildə "Bir milyon dollarım olsaydı" romanı ən çox satılan kitab olur. 2010-cu ildə hərbi xidmətdə olur. Rus dilində yazdığı "Исповедъ Одного Извpaшeнцa" romanı rusdilli kütlə üçün nəzərdə tutulur. 2011-ci ildə "Qısa qapanma" adlı solo konserti baş tutur. 2011-ci ildə "Uşaq yardım" kampaniyasında iştirak edir və "Bir" trekinə klip çəkilir. 2012-ci ildə "Dəniz vağzalı"nda "Beşikdən Məzara" adlı konserti keçirilir. 2012-ci ildə Ankara və İstanbul konsertləri baş tutur. 2012-ci ildə "A" romanı ABŞ-da çap olan ilk azərbaycanlı yazıçıların kitabı olur. 2012-ci ildə fantastik-dram-faciə üslubunda yazılan "Mələk" romanı MDB ölkələrində bestsellerə çevrilir. 2013-cü ildə "Коpоткое Зaмыкaние" adı altında Moskva konserti baş tutur. 2013-сü ildə "Evakuasiya" adlı romanı maraqla qarşılanır.2013-cü ilin Noyabr ayında trilogiyanın birinci hissəsi "Birinci addım Beş anonim milyonçu" təqdim edilir.. 2014-cü ilin Dekabr ayının 27-sində yazıçının "Üç addım" trilogiyasının "İkinci addımı" çapdan çıxır. Elə həmin gün oxucuları ilə BMM-də görüşən yazıçı kitabını təqdim edir və kitabdakı mövzularla bağlı seminar keçir.Görüşdə iştirak edən 250 nəfər oxucuya imzalı kitab verilir.


Albomlar

Qısa qapanma (2009)

  1. Öz Dünyam
  2. Mən və Sən ft Ayka
  3. Bir
  4. H.O.S.T'çu
  5. Praqa ft Ayka
  6. Metamarfoz
  7. Mənim Dərdim
  8. Sən Yoxsan (vokal:Ayka)
  9. Dost
  10. Hərb Və Sülh
  11. Qan Və Qum
  12. Dön
  13. Qısa Qapanma (vokal:Ayka)
  14. Qar
  15. Hardadır?
  16. İnsanlar
  17. Ağ Atlı Şahzadə ft Ayka
  18. Cinayət Və Cəza
  19. Sadəcə Bir Rəqs
  20. Yol ft Ayka
  21. Həqiqət Axtarışları ft AİD ft ProMete
  22. Azad Azərbaycan ft ProMete ft AİD ft Ayka

İşıq (2011)

  1. Qaraqan Qayıtdı!
  2. Öz Başına
  3. BlackBerry ft Səbinə Babayeva
  4. Bowling
  5. Mən İnanmıram
  6. Söndür Dünyanı
  7. Aysel ft Aysel
  8. Salam Can
  9. Shaggy (skit)
  10. Mr. Loba-Loba ft Nadir (Nağd Pul)
  11. Kağız Gəmilər
  12. İşıq
  13. Valideynlər
  14. Qadın Ətri
  15. Dekabr və Payızım
  16. Baş Rolda Özüm
  17. Sakit Okean
  18. 1, 2, 3!
  19. Sevgilimə (Hardadır? 2)
  20. Həyatın Qanunları
  21. QARAQAN'alogiya
  22. Oyuncaq
  23. Sevgi Qonaq Gəlir ft Aysel
  24. Güc Var ft Aysel (Etiraf Otağı 2)

Leykemiya (2012)

  1. Intro
  2. Leykemiya
  3. Əlvidalarımı Payladım
  4. Mələk
  5. Söz Qarı
  6. Aç Balaca Qanadlarını
  7. Gübrə
  8. Dua
  9. Salam Allah
  10. Get
  11. Başqa Həyatlar
  12. Bir Neçə Saatlıq
  13. Son
  14. Outro
Yazıçılığ Fəaliyyəti

  • A (2007)
  • Bir Milyon Dollarım Olsaydı (2009)
  • Исповедь Одного Извращенца (2011)
  • A (ingilis dilində) (2012)
  • Mələk (2012)
  • Evakuasiya (2013)
  • Birinci Addım (2013)
  • İkinci Addım (2014)
  • Üçüncü Addım (2015)

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol