RapUnion.Tk
Azərbaycan repinin inkişafına doğru

URAN

Həyatı


Uran 20 dekabr 1983-cü ildə Xaçmaz şəhərində doğulub. 2000-ci ilin martın 9-da ilk repini yazıb.

Cəmiyyətin iyrənc standartları, haqsızlıq, kasıb həyat tərzi, həmçinin 1994-1998-ci illərdə Xaçmazın bir gettosunda keçirdiyi illər onun yaradıcılığına böyük təsir göstərir. Replə ilk tanışlığı rus repçilərindən başlayıb. Sonrakı illərdə 2 Pac və Eminemdən təsirlənib.

Repdə ilk təxəllüsü "Mr Ib" olub. 2001-ci ilin mart ayından M.T.Street qrupunun tərkibində söz yazarı kimi fəaliyyət göstərməyə başlayıb. Qrup 3 nəfərdən ibarət idi: Snake, Emil və Mr.Ib (Uran). Həmin ilin aprelində qrup, "Mənim lomka həyatım" treki ilə Vətən diskotekasında keçirilən andeqround (underground) festivalda 4-cü yeri tutur. Qrup üzvlərinin təkidinə baxmayaraq "Mr. Ib Mc" kimi yox yalnız arxa planda - söz yazarı olmağa davam edirdi.

Mr.IB əvvəlcə ümumiyyətlə rep demək fikrində deyil, özləri söz yaza bilməyən repçilərə mahnı mətnləri satmaq fikrində idi. 2001-ci ilin sonunda M.S.Street qrupu dağılır və Mr.Ib müstəqil fəaliyyətini davam etdirir. Elə həmin il oktyabr ayının 19-da Bakı Slavyan Universitetinin akt zalında, universitetin ŞHK-nin təqdimat gecəsində ilk çıxışını edir.

Caspian Clan

2004, 11 yanvar: Mr Ib solo fəaliyyəti üçün Caspian Clan'ın dəvəti ilə klana 8-ci üzv kimi seçilir.

2004, 14 iyun : NickS qrupu tərk edir, beləliklə Uran grupuna son qoyulur. Qrupun adının itməməsi və qazanılan uğurları məhz Uran adı ilə davam etdirilməsi üçün Mr Ib təxəllüsünü "Uran"a dəyişir.

 

Bu arada Uran qrupunun Sumqayıt şəhərində lisenziyasız çox az, cəmi 20 tirajda albomu çıxmışdı. Albom "Mənasız Şeylər" adlanırdı. Alboma 9 trek daxil idi. Onlardan 6-sı Uran qrupuna, 2-si Drugs qrupuna, 1 trek isə duet Uran feat Drugs-a məxsus idi.


 

Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol